Müharibə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin təqaüdü artırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 500 manatdan 600 manata, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 400 manatdan 500 manata, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 330 manatrdan 400 manata qaldırılıb.
Oxşar xəbərlər
Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12–15 saat davam edəcəyi gözlənili...