Müharibə iştirakçıları və şəhid ailəsinin üzvləri SOCAR-da işə götürülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi daha 6 müharibə iştirakçısını və şəhid ailəsi üzvünü işlə təmin edib.
BAKU.WS bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Vətən müharibəsi iştirakçıları Rüstəm Vahid oğlu Cabbarov, Nahid Elşən oğlu Abdullayev, Əmir Rövşən oğlu Cəfərov, Əlibəy Nadir oğlu Kamilov, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Çoban Razaddin oğlu Nurmətovun qardaşı Sənan Nurmətov və şəhid Fikrət Hikmət oğlu Zeynalovun qardaşı Mirzə Zeynallı işlə təmin olunub.
İşə yeni qəbul edilən əməkdaşlar neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunub.
Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına SOCAR-ın Təhlükəsizlik İdarəsində xüsusi diqqət yetirilir. Hazırda İdarədə 111 müharibə iştirakçısı və 9 şəhid ailəsi üzvü çalışır.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi - FOTO
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayev və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğu...