İki şəhidimizin ailə üzvləri SOCAR-da işlə təmin olunub - FOTO

İki şəhidimizin ailə üzvləri SOCAR-da işlə təmin olunub - FOTO
Foto
Sosial 211

Daha iki şəhidimizin ailə üzvləri işlə təmin olunub.

Bu barədə SOCAR-ın Təhlükəsizlik İdarəsindən məlumat verilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Tural Dəmirçiyevin qardaşı İsabala Dəmirçiyev və şəhid Səmural Fətəliyevin qardaşı Təhməz Fətəliyev işlə təmin olunub. Onlar şəhid qardaşlarının çalışdığı SOCAR-ın Təhlükəsizlik İdarəsində işə götürülüb.

Xatırladaq ki, şəhid Tural Dəmirçiyev və Samurəl Fətəliyev Vətən müharibəsi başlayan zaman səfərbərliyə cəlb olunublar və hər ikisi eyni gündə - oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Qeyd edək ki, şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına SOCAR-ın Təhlükəsizlik İdarəsində xüsusi diqqət yetirilir. Hazırda idarədə şəhid ailələri ilə yanaşı 52 müharibə iştirakçısı da çalışır.

İki şəhidimizin ailə üzvləri SOCAR-da işlə təmin olunub - FOTO

Şəhid Tural Dəmirçiyevin qardaşı İsabala Dəmirçiyev

İki şəhidimizin ailə üzvləri SOCAR-da işlə təmin olunub - FOTO

Şəhid Səmural Fətəliyevin qardaşı Təhməz Fətəliyev

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər