“Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ödənilib
Yeniliklərdən dərhal xəbərdar olun
Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2 983 nəfərə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.
“Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz”, - qurumdan bildirilib.
Oxşar xəbərlər
"Muğanbank"ın əmanətçilərinə bir gündə 65 milyon manat kompensasiya ödənilib
Ötən gün ərzində "Muğanbank"ın qorunan əmanətçilərindən 1849 nəfərə 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. BAKU.WS xəbər verir ki, bu b...