“Müəyyən şəxslər ali təhsili yalnız diplom naminə almaq istəyirlər və bu, düzgün yanaşma deyil”
Yeniliklərdən dərhal xəbərdar olun
“Müəyyən şəxslər ali təhsili yalnız diplom naminə almaq istəyir və bu, düzgün yanaşma deyil”.
BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, Azərbaycanda orta nəticələrlə ali məktəbə qəbul olmaq mümkündür:
“Təbii ki, müsabiqədə yüksək olan ixtisaslar da var və daha bilikli olanlar həmin ixtisaslara yiyələnə bilirlər. Bu da ədalətli prinsipdir. Bu gün ali məktəblərə qəbul planının sayı çoxalıb. Misal olaraq, bu tədris ilində ali məktəblərə 60 minə yaxın şəxs qəbul olub. Halbuki əvvəllər bu göstərici 20 min idi. Ona görə də Azərbaycanda plan yerləri varsa, xaricə təhsil almağa getməyə ehtiyac da yoxdur”.
Oxşar xəbərlər
Nazirlər Kabineti qərar verdi
Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 75 nömrəli, “Orta ixtisas təhsil...