Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Onların hamısı dərs tədris etmir. Müəyyən qismi müəllim, idarəedici və texniki işçidir".
BAKU.WS “Xəzər TV”yə istinadən xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini İdris İsayev müəllimlərin əməkhaqqının artırılması ilə bağlı keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, təhsil müəssisələrində çalışan direktor, müəllim və direktor müavinlərinin maaşı yanvarın 1-dən 20% artırılacaq. Gənclərin çağırışa qədərki hərbi hazırlıq rəhbərlərinin maaşı isə 40% artırılır.
Dövlət ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim çalışır. Onların aylıq əməkhaqqı 564 manatdır. Bu isə orta göstəricidir.
İdris İsayev bildirib ki, hazırda bu əməkhaqqı 674 manat təşkil edəcək. Bu maaş 1 stavka 18 saatlıq dərs yükü olan müəllimlərə şamil edilir. Bu dərs yükü bölgələrdən fərqli olaraq Bakıda 22 saatdır. Bu halda müəllimlərin orta əməkhaqqı 823 manat olacaq.
Ətraflı videoda:
Oxşar xəbərlər
Təhsil Nazirliyi: "Ali təhsilli müəllimlərin maaşı 823 manatadək artacaq"
“Təhsil sistemimizdə 255 minə yaxın işçi çalışır. Onların heç də hamısı təhsilverən deyil”. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu fikirləri təhsil nazi...