Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilir.
Hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılacaq.
Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 20 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir
2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi...