Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
MÜTDA-dan bildirilib ki, avqustun 8-10-da keçirilən vakansiya seçimi mərhələsi faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələrini əhatə edib.
Mərhələnin nəticələrinə əsasən, 2 058 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd olunub ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi isə avqustun 12-dən 15-dək keçiriləcək.
Oxşar xəbərlər
Gəncədə 40 minə yaxın sakin qazsız qaldı
Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun...