Müəllimlərə maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - Nazir təsdiqlədi
"Müəllimlərin əməkhaqqısı son illərdə müxtəlif islahat addımları nəticəsində dəfələrlə artırılıb. Müəllimlərin əməkhaqqısının nə qədər yüksək olması məsələsi daim nazirliyin diqqət mərkəzindədir. Məsələn, bu il də keçirilmiş sertifikatlaşdırma imtahanlarından sonra bəlli sayda insanın əməkhaqqısı 10 faiz və ya 35 faiz artırılacaq".
BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev APA İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi və "Xəzər" televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə sözlərinə görə, ötən il də belə olub, ondan əvvəlki ildə də belə olub:
"Yəni hər il müəllimlərin orta əməkhaqqısı statistik olaraq yüksəlib. İnanıram ki, sertifikatlaşdırma prosesi Azərbaycan məktəbinə rəqabət gətirməklə yanaşı, təhsilin keyfiyyətini də yaxşılaşdırır. Bu proses müəllim əməkhaqqılarında diferensiallaşma yaradır və müəllimlərin gəlirlərinin artmasına səbəb olur. Bu islahatın nəticələrini biz bir neçə il sonra daha aydın görəcəyik".
Oxşar xəbərlər
Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. BAKU.WS xəbər verir ki, mərhumun yaxınlar...