Müəllimin evində təhsil alan şagirdlər üçün yeni məktəb tikiləcək

Müəllimin evində təhsil alan şagirdlər üçün yeni məktəb tikiləcək
Sosial 83

Təhsil Nazirliyi bir müddət əvvəl Cəlilabad rayon Musalı kənd orta məktəbinin müəlliminin evində bir qrup şagirdə dərs keçməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ilin Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məktəbin layihə-smeta sənədlərin hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda məktəbin 5-11-ci sinif şagirdləri qonşu Zəhmətabad kənd orta məktəbində tədrisini davam etdirirlər. Məktəb binası 1969-cu ildə tikilib və bu vaxta qədər əsas təmir işləri aparılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər