Müəllim olmaq istəyənlər üçün növbəti fənlər üzrə vakansiya seçiminə start verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin 4, 7, 8 sentyabr tarixlərində Tarix, Coğrafiya və İnformatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq müəyyənləşdirilib.
Namizədlər 13 sentyabr saat 14:00-dan 14 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.
Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Oxşar xəbərlər
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb
11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb. Dövlət İmtahan Mərkəzindən BAKU.WS...