Müddəti bitmiş pensiya və sosial kartlarla bağlı məsələyə aydınlıq gətirilib

Müddəti bitmiş pensiya və sosial kartlarla bağlı məsələyə aydınlıq gətirilib
Sosial 5166

Sosial ödənişlərə aid bank kartlarının müddətinin uzadılması, itirilmiş və ya yararsız hala düşmüş kartların yenisi ilə əvəz olunması həm Beynəlxalq Bank, həm də Kapital Bankın özləri tərəfindən həyata keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, yeni təyin olunmuş sosial ödənişlərin alınması üçün bank kartlarının sifarişi isə (həm Beynəlxalq Bank, həm Kapital Bank üzrə) Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən edilir.

Beynəlxalq Bankın pandemiya dövründə müddəti bitmiş kartlarının müddəti həmin bank tərəfindən hər ay üçün sonrakı ay üzrə bir ay artırılır.

Bankın filialları hazırda 2021-ci ilin may, iyun, iyul aylarında müddəti bitmiş kartların yenisi ilə əvəz olunmasını həyata keçirir.

Bu il üçün pandemiya dövründə Kapital Bankın sosial ödənişlərə aid olan, müddəti bitmiş kartlarının müddəti isə 31.12.2021 -ci il tarixinədək uzadılıb.

Oxşar xəbərlər

İlham Əliyevdən YENİ VACİB QƏRAR

İlham Əliyevdən YENİ VACİB QƏRAR

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...

62137 Sosial 14:21 19 iyul 2018

Son xəbərlər