MTRŞ “Space TV" ilə bağlı qərar verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün MTRŞ-yə müraciətinə baxılıb.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq MTRŞ “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.
Oxşar xəbərlər
MTRŞ-dan "Space TV” ilə bağlı qərar
11 yanvar 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib. Şuradan BAKU.WS-ə verilən xəbərə görə, iclasda “Space Müstəqil...