MTRŞ kanallarının efirinin məhdudlaşdırılması ilə bağlı bəyanat yaydı

MTRŞ kanallarının efirinin məhdudlaşdırılması ilə bağlı bəyanat yaydı
Sosial 195

Milli Televiziya və Radio Şurasının son qərarları ilə bağlı bəyanat yayıb.

BAKU.WS xəbər verir ki, Milli Televiziya və Radio Şurası tərəfindən televiziya kanallarının efirinin məhdudlaşdırılması praktikası vətəndaşlarda, o cümlədən, media nümayəndələrində müəyyən haqlı suallar doğurur. Bununla bağlı, Milli Televiziya və Radio Şurası ölkə ictimaiyyətinə aşağıdakıları bildirməyi vacib sayır:

Yayımçıların efirinin məhdudlaşdırılması praktikası bütün dünyada geniş tətbiq olunur. Belə məhdudlaşdırıcı tədbir Azərbaycan Respublikasının Qanunvericiliyində də (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsi) öz əksini tapmışdır ki, bu da, Milli Televiziya və Radio Şurasına “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması hallarında televiziya və radio kanalların fəaliyyətini 1 ayadək müddətə məhdudlaşdırmağa (dayandırmağa) əsas verir.

Milli Televiziya və Radio Şurasında yayımçılar tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının siyahısı hazırlanmışdır. Hər bir qanun pozuntusuna görə müəyyən sanksiya nəzərdə tutulmuşdur ki, bu ya efirin 1, 3, 6 saat müddətə dayandırılması, yaxud qanunvericiliyə əsasən cərimə sanksiyalarıdır.

Son zamanlar yayımçılar tərəfindən törədilən çoxsaylı qanun pozuntuları, əsasən texniki xarakterdə olub teleradio yayımçılarının bu tədbirlərə hazırlıqsız olmaları ilə əlaqədardır. Milli Televiziya və Radio Şurası ümid edir ki, may ayının sonlarına doğru belə qanun pozuntularının sayı azalacaq və ümumilikdə ölkənin teleradio məkanının təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Milli Televiziya və Radio Şurası bəyan edir ki, tənzimləyici orqan olaraq bütün yayımçılara bərabər və tərəfsiz münasibət bəsləyərək mövcud qanunvericiliyin tələblərinə əməl olunması təmin edilməlidir. Şuranın bu mövqeyi həm teleradio yayımçılarının, həm də milyonlarla tamaşaçının marağına xidmət edir.

Oxşar xəbərlər

Dövlət büdcəsindən maliyyələşən kanalların hansı qanunu pozduğu açıqlandı

Dövlət büdcəsindən maliyyələşən kanalların hansı qanunu pozduğu açıqlandı

“Aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqa zidd məqamların dərhal aşkarlanmasına şərait yaradıb. Görülən işlərin nəticəsi olaraq şura səd...

319 Sosial 20:41 01 yanvar 2020

Son xəbərlər