MİQ üçün vakant yerlərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlərin sayı açıqlanıb.
BAKU.WS-in APA-ya istinadla məlumatına görə, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli bildirib ki, namizədlərə təxminən 9000-dən artıq vakant yer təqdim olunacaq.
"Müəllimlərin işə qəbulu üzrə test imtahanını artıq beş ildir ki, həyata keçiririk. Bu beş ildə ən çox vakant yer bu il təklif olunur", - o qeyd edib.
Nurlan İsmayılbəyli deyib ki, sabahdan başlayan MİQ imtahanları üçün ilk sessiya üçün qeydiyyat 08:50-də başlayacaq, 09:50-də isə başa çatacaq:
"Bundan sonra qeydiyyat dayanacaq və 10:00-da imtahan başlayacaq. İlk imtahan sessiyası riyaziyyat müəllimliyi üzrə olacaq və 4000-dən artıq namizəd iştirak edəcək. İkinci imtahan sessiyası fiziki tərbiyə, alman dili və fransız dili müəllimliyi üzrə olacaq. İmtahana qeydiyyat 13:50-dən 14:50-yə qədər davam edəcək, 15:00-da imtahan başlayacaq. İkinci imtahan sessiyasında da 4000-dən artıq namizəd iştirak edəcək".
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...