“Improtex” Şirkətlər Qrupundan Orduya növbəti dəstək

“Improtex” Şirkətlər Qrupundan Orduya növbəti dəstək
Sosial 410

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə “Improtex” Şirkətlər Qrupu daha bir təşəbbüskar addım atıb.

Əsgərlərin günlük təminatının gücləndirilməsi məqsədilə vacib ləvazimatlar, qida, isti geyimlər, sərfiyyat materialları, həmçinin gigiyenik ehtiyaclar hazırlanıb. Əsgər payları şirkət əməkdaşları tərəfindən ön cəbhədə vuruşan hərbçilərə çatdırılıb.

Xatırladaq ki, “Improtex” şirkətlər qrupu döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait ayırmışdı, eləcə də xüsusi təyinatlı texnika ilə orduya dəstək olmuşdu.

Qarabağ Azərbaycandır!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər