Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya elan edir.
BAKU.WS xəbər verir ki, bu barədə MDU-nun Bakı filialından bildirilib. Vakant olan vəzifələr haqqında məlumatı təqdim edirik:
KOMENDANT
İş barədə məlumat:
• Yataqxanada tələbə və müəllimlərin qeydiyyatı, otaqlara yerləşdirilməsi;
• Tələbə və müəllimlər ilə əlaqələr qurmaq, yaranan problemləri vaxtında və keyfiyyətlə həll etmək;
• Yataqxana ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisinin daimi fasiləsiz çatdırılmasına nəzarəti təmin etmək;
• Xidməti fəaliyyət üzrə sənədləşdirmə işlərini daim nəzarətdə saxlamaq;
• Lazım olan inventar, məişət xidməti əşyalarının alınması üçün müvafiq şöbələrə müraciət, köməkçi işçilərə verilmiş malların müvafiq əməliyyat uçotunu aparmaq;
• Yataqxana işçilərinin iş qrafiklərini tərtib etmək;
• Təhlükəsizlik tədbirləri, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək və təmin etmək;
• Rəhbərliyin əmrləri, qərar və göstərişlərini icra etmək;
• Ona həvalə edilmiş əmlakın təhlükəsizliyinə cavabdeh olmaq.
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
•Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədə aid tələblər:
• Ali, orta və ya orta-ixtisas təhsili;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan və rus dillərini bilməsi zəruridir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsinə "Komendant" qeyd etməklə [email protected] ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.
ANBARDAR
İş barədə məlumat:
• Malların qəbulunun planlaşdırılması;
• Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
• Anbardaxili əməliyyatların gündəlik uçotunun təşkili;
• Mal-materialların inventar üzrə qeydiyyatını aparmaq;
• Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
• Anbar qalıqlarının qeydiyyatını aparmaq;
• Anbarda məhsulları çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədə aid tələblər:
• Bakalavr və ya magistratura təhsili;
• MS Office və 1 C proqramları;
• Azərbaycan və rus dillərini bilməsi zəruridir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzu hissəsinə "Anbardar" qeyd edərək [email protected] ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.
Oxşar xəbərlər
Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev icraçı vitse-prezident Fərrux Mahmudovla birgə millinin oyunçunuları və məşqçi heyəti ilə...