"Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən “Xaqani” parkının (keçmiş “Molokan” bağı) Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Trend-in sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, əraziyə çəkilən dəmir lövhələrin səbəbi orada aparılması nəzərdə tutulan abadlıq işləri ilə bağlıdır:
"Baki şəhər İcra hakimiyyətindən bildirildi ki, hazırlanmış xüsusi layihə əsasında “Xəqani” bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək".
Oxşar xəbərlər
Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdı...