MN: Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış baş verməyib
08
avq
2018
21:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib".Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.Qeyd olunub ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".BAKU.WS
Oxşar xəbərlər
Ermənistan silahlı qüvvələrinin mövqeyində güclü partlayış – Ölənlər və yaralılar var – VİDEO
Axşam saatlarında Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayış baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazir...