Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat
Sosial 880

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.BAKU.WS xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən report-a bildirilib ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Hidayət Abdullayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

BAKU.WS

Oxşar xəbərlər

Prezidentdən yeni təyinat

Prezidentdən yeni təyinat

Təhsil nazirinə yeni müavin təyin edilib. "Report"un məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavi...

2422 Siyasət 11:29 16 noyabr 2018

Son xəbərlər