Mirşahin Ağayev bayram tətilində sərt qapanma tələb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Real” televiziyasının direktoru Mirşahin Ağayev Operativ Qərargahı karantini sərtləşdirməyə çağırıb.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, M.Ağayev qeyd edib ki, bayram günlərində tam qapanma tələb edir:
“Bir vətəndaş kimi, az-çox tanınan bir jurnalist kimi, insan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik.
Nə qədər bədbəxt dünyadan məhz bizim eksperimentlərimizə görə köçdü. Sərt qapanma! Yalnız sərt və tam qapanma! Bu bəlaya qalib gəlməyin yolu gerçək qapanmadan keçir!
Bütün “aç-burax!” tipli populizmləri, populistləri rədd edirəm! Türkiyə normal yay keçirmək üçün tam qapanmanı seçdi.
"Bir millət, İki dövlət!" deyirik! Bir millət, iki dövlət deyilik? Bu gün qapanmaqla sabahın normal şəraitini yaradaq! Vaksinasiyanı isə tam məcburi edək! Qurtar bu sosial şəbəkə şantajından, Dövlət! Öz işini gör!”
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...