Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.
BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.
Qeyd olunanlar nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...