Mingəçevir-Xaldan şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutunu müsabiqəyə çıxarır.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 17 aprel 2025-ci il saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən 4 Lot üzrə mayın 6-da baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Oxşar xəbərlər
Məktəblərdə nə baş verir? - Valideynlər diqqətli olmalıdır
Son illərdə məktəblərdə bullinq halları artıb. Mütəxəssislər isə bunu müxtəlif səbəblərlə izah edirlər. Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin p...
