Minatəmizləmə üçün Azərbaycana siçovullar gətiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Minatəmizləmə əməliyyatlarında istifadə üçün Azərbaycana siçovullar gətiriləcək".
BAKU.WS xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, dünyada mina axtarışlarında siçovullardan istifadə təcrübəsi var və ANAMA da bunun üzərində çalışır:
"İlkin planlara görə, növbəti ilin martında test məqsədilə bu siçovullardan Azərbaycana da gətiriləcək. Əgər effektiv olsa, onlardan da istifadə edəcəyik. Hazırda minatəmizləmə əməliyyatlarında itlərdən istifadə edirik. Bu itlər bizə kifayət qədər dəstək verir".
Oxşar xəbərlər
Fransa Azərbaycana 130 minaaxtaran detektor hədiyyə edib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında avqustun 3-də həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəst...