Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasında Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun təhsil haqqı məsələsi müzakirə olunub.
BAKU.WS xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin "Qafqazinfo” ya verdiyi məlumata görə, AzTU-nun rektor əvəzi, Elmi Şuranın sədri Xalıq Yahudov bildirib ki, Beydulla Qurbanov universitetin Avtomatika və kompyuter texnikası (AKT) fakültəsində ödənişli əsaslarla oxuyur. O, Şura üzvlərinə Beydulla Qurbanovun təhsil haqqının universitetin hesabına ödənilməsini təklif edib və qərar yekdilliklə qəbul olunub.
İclasda bildirilib ki, Milli Qəhrəmanın ailə üzvlərinə Bakının Xətai rayonunda 5 otaqlı mənzil və Qusar rayonunda ev tikmək üçün torpaq sahəsi verilib. Bundan əlavə onların digər sosial problemlərinin həlli də aidiyyəti dövlət orqanlarının nəzarətindədir.
Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov özü də Azərbaycan Texniki Universitetinin məzunu olub.
BAKU.WS
Oxşar xəbərlər
Mədət Quliyev milli qəhrəmanın qardaşına DTX-da iş verdi
Milli Qəhrəman Çingiz Qurbanovuna ailəsinə dövlət tərəfindən növbəti qayğı göstərilib. BAKU.WS xəbər verir ki,"Qafqazinfo” ya daxil olan məlumata görə, belə k...