Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib - FOTO

2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bu gün keçirilən anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.
Çıxışlarda İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağı, onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğu vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...
