Millət vəkilinə yeni vəzifə verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı millət vəkili Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Milli Məclisdə Gənclər və idman komitəsinin üzvlərindən olan M.Cəfərova Azərbaycan Reqbi Federasiyasında vitse-prezident vəzifəsi verilib.
Bu barədə saytımıza məlumatı federasiyanın yeni təyin olunmuş mətbuat katibi Səxavət Quliyev məlumat verib. Onun sözlərinə görə, fevralın əvvəllərindən Müşfiq Cəfərov bu vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Reqbi Federasiyasının prezidenti Elşən Abbasovdur. Federasiyanın I vitse-prezidenti Elvar Osmanov, Regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayevdir. Federasiyanın baş katibi isə müxtəlif orqanlarda jurnalist kimi çalışmış, mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyevadır.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...