Mikroavtobuslar avtobus zolağına daxil ola bilərmi? – RƏSMİ AÇIQLAMA

Mikroavtobuslar avtobus zolağına daxil ola bilərmi? – RƏSMİ AÇIQLAMA
Sosial 6

Qeyri-qanunu sərnişin daşınma ilə məşğul olan mikroavtobuslar avtobus zolağına daxil olarsa cərimə oluna bilərlər.

Bu barədə BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

Toğrul Nəsirli qeyd edib ki, bu məsələ Yol Hərəkəti Haqqında Qanunun 48-ci maddəsi ilə tənzimlənir:

“Həmin maddənin 4-cü hissəsində qeyd edilir ki, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır. Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə Yol Hərəkəti Haqqında qanunun 1-ci maddəsində, əsas anlayışlar hissəsinə əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayancaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olması yolverilməzdir. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunur. Digər nəqliyyat vasitələri o halda vtobus zolağına daxil ola bilərlər ki, 1.5 (qırıq-qırıq xətt) nişanlama xətti mövcuddur. O formada daxil olub ən yaxın yol ayrıcından manevr etməlidirlər. Yəni digər nəqiliyyat vasitələrinin mütəmadi olaraq o zolağa daxil olub hərəkət etməsi yolverilməzdir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər