Mikayıl Cabbarov: "Sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin işə salınması planlaşdırılır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin yekunlaşdırılması və işə salınması planlaşdırılır".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışını təmin edir.
O qeyd edib ki, maliyyə resurslarına çıxış gələcəkdə də təmin ediləcək:
"Bununla belə bankların təşəbbüslərindən də faydalanmaq səmərəli olardı".
Oxşar xəbərlər
Azərbaycanda strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib - FOTO
Prezident İlham Əliyevin 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya la...