Mikayıl Cabbarov: "Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək"

Mikayıl Cabbarov: Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək
Sosial 5

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4sim.gov.az) “4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) layihəsinə start verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsində yazıb.

“Layihə çərçivəsində 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dili və digər sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera” şirkətinin təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək. Layihə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək”, - nazir qeyd edib.

Mikayıl Cabbarov:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər