"Məzun evi"ndə doqquz aydır istilik yoxdur: "Vedrədə su qızdırırıq"
Abşeron rayonunun Masazır kəndi, Qara Qarayev küçəsində yerləşən və valideyn himayəsindən məhrum olmuş şəxslər üçün nəzərdə tutulan "Məzun evi" sosial müəssisəsinin sakinləri ciddi çətinliklərlə üzləşiblər. Sakinlərin bildirdiyinə görə, artıq doqquz aydır ki, binalarda isti su təminatı yoxdur, mənzillərdə isə istilik sistemi ümumiyyətlə işləmir.
Sakinlər qeyd edirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir nəticə əldə olunmayıb.
Müəssisədə yaşayan vətəndaşlar vəziyyətin dözülməz olduğunu vurğulayırlar:
"Artıq 10 aya yaxındır ki, qazanxanamız partlayıb. İsti su yoxdur, buz kimi sudan istifadə edirik. İstilik sistemi tamamilə sıradan çıxıb".
Digər bir sakin, fiziki məhdudiyyətli şəxs isə çətinliklərini belə ifadə edib:
"Mən birinci qrup əliləm. Ev buz kimidir, iki qızım var. Vedrədə su qızdırırıq".
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ərazidə vəziyyət nəzarətdədir:
"Ərazidə mütəmadi olaraq monitorinqlər aparılır və bütün çatışmazlıqlar aradan qaldırılır. Sakinlərin istiliklə bağlı yaranan narahatlığının həll edilməsi istiqamətində müvafiq işlər artıq yekunlaşmaq üzrədir".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
NETTY 2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilib
Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY 2025 Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, NETT...