Metronun "Avtovağzal" stansiyasındakı yeraltı keçiddə su sızır?
Yeniliklərdən dərhal xəbərdar olun
Metronun "Avtovağzal" stansiyasının çıxışında, yeraltı keçiddə tavandan su sızır. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd edilib ki, yeraltı keçiddə günün bütün saatlarında tavandan su sızır. Bunun qarşısını almaq üçün isə yolun hərəkət hissəsinə vedrə qoyulub ki, bu da insanların keçiddən istifadə etməsinə qismən maneə yaradır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, artıq bu gecədən etibarən sızıntının qarşısını almaq üçün axıntının yönləndirilməsi və digər texnoloji tədbirlər görüləcək:
"Qəfil axıntı yaranıb. Sərnişinlər olan müddətdə isə orada işlər aparmaq olmaz. Məsələ aidiyyəti şəxslər tərəfindən qiymətləndirilib, vətəndaşlar üçün hansısa təhlükə yoxdur".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...