Metrodakı tüstülənmə zamanı çəkilən bu şəkil hər kəsi çaşdırdı (FOTO)

16
mar
2017
10:59
Martın 15-i saat 20:00 radələrində Bakı Metropoliteninin 28 May stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə baş verib.
Vaqonların içinə dolan tüstü bir çox sərnişinin həyəcanına səbəb olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə isə hadisə anını əks etdirən bu foto daha çox müzakirələrə səbəb olub. Belə ki, sərnişinlərin təşvişlə çölə baxdığı anda bir gəncin mobil telefonla məşğul olması hamının marağına səbəb olub.
Fotonu Orxan Əmirullayev paylaşıb.
BAKU.WS

Oxşar xəbərlər
Bakı metrosunu zəhərli qaz bürüdü - hadisə yerindən YENİ görüntü (VİDEO)
Ötən gün axşam saatlarında Bakı Metropoliteninin "28 may"la "Gənclik" stansiyaları arasında baş verən hadisə ilə bağlı daha bir video yayılıb. BAKU.WS-in əld...