Bakı metrosunun "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub - YENİLƏNİB
Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, Bakı metrosunun "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub.
BAKU.WS-ə “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.
QSC baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyir.
***16:33
“Xocəsən” stansiyasından “Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.
Bu barədə BAKU.WS-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən sərnişinlərin “Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb:
“Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər “Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb”.
“Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər.
“Avtovağzal” - “8 Noyabr” sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur.
Qatarların “Xocəsən” stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, - məlumatda bildirilib.
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...