Metro və avtobus kartlarının dəyişdirilməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Metro və avtobus kartlarının dəyişdirilməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Sosial 3972
Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən xəbərə görə, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir.“Qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik”, - deyə məlumatda bildirilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Metro və avtobus kartları dəyişdirilir

Metro və avtobus kartları dəyişdirilir

Bir neçə aya Bakının ictimai nəqliyyatında sərnişinlərə yeni ödəniş üsulu təqdim olunacaq.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə etibarlı mənbələrdən məl...

1977 Sosial 09:41 08 fevral 2018

Son xəbərlər