Metro “əxlaqsızlıq yuvası”na çevrilib? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metropoliteninin keçmiş işçisi olduğunu iddia edən Sevil Xanbabayeva sosial şəbəkələrdə metro işçiləri ilə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, S.Xanbabayevanın iddialarına görə, o, metronun “Ulduz” stansiyasında xadimə kimi çalışıb və işindən azad edilib.
Xanım daha sonra əlavə edib ki, sözügedən qurumda 10 işçidən 9-u Rafael adlı şəxsin üç milyonluq bağına işləməyə göndərilir.
Daha sonra S.Xanbabayeva metronun əxlaqsızlıq yuvasına çevrildiyini iddia edib.
Məsələ ilə bağlı Bakı metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, xanımın iddiaları əsassızdır.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...