Məşhur müğənni dünya çempionatının açılışı üçün Bakıya gələcək
28
apr
2025
13:13
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının açılış mərasimində Xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki oxuyacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, mayın 21-i saat 19:00-da Milli Gimnastika Arenasında baş tutacaq açılışda hər iki müğənni iştirak edəcək.
Açılış mərasimindən sonra isə Azərbaycan – Bəhreyn matçı baş tutacaq.
Qeyd edək ki, dünya çempionatı 21 maydan iyunun 1-nə qədər Bakıda keçiriləcək.
Milli Gimnastika Arenası
Azərbaycan
Bəhreyn
Bakı
Azərbaycan Minifutbol Federasiyası
Aygün Kazımova
Aleyna Tilki
Oxşar xəbərlər
İşdən məzuniyyətə çıxanlar üçün VACİB XƏBƏR - Bundan sonra...
İşçilərin məzuniyyət dövründə aldıqları əməkhaqqının hesablanması ilə bağlı qaydalar yenilənir. BAKU.WS xəbər verir ki, yeni yanaşmaya əsasən, əməkdaşın məzuni...