Məşhur jurnalist universitetə mətbuat katibi təyin EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Tibb Universitetində yeni kadr təyinatı həyata keçirilib.
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, jurnalist Həqiqət İsabalayeva universitetin mətbuat katibi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Həqiqət İsabalayeva uzun illər müxtəlif media və dövlət qurumlarında fəaliyyət göstərib. O, bir müddət "Kaspi" gündəlik ictimai-siyasi qəzetində çalışıb.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində redaktor, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində isə Maarifləndirmə şöbəsinin müdiri vəzifələrində işləyib.
Son təyinatadək Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən Həqiqət İsabalayeva yeni vəzifəsində ictimaiyyətlə əlaqələrin təşkili və universitetin informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...