Məşhur aktyor əməliyyat olunacaq, 50 min dollar yardım toplandı - VİDEO
10
may
2022
20:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində məşhur aktyor Elvin Ağayevin qaraciyər köçürməsi əməliyyatı üçün yardım kampaniyası elan olunmuşdu.
Bu gün “Səni axtarıram” verilişində aktyorun əməliyyatı üçün lazım olan 50 min dollardan çox vəsait toplanıb.
Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin canlı efirində elan edib.
Qeyd edək ki, Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevin ailə üzvləri arasında donor tapılmadığından, aktyor Türkiyədə əməliyyat olunacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...