Məşğulluğun təminatı sahəsində yenilik - Gələn ildən tətbiq ediləcək

24
okt
2019
19:13
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək. “Məşğulluq haqqında” Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar da həyata keçirilə bilər.İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.
Oxşar xəbərlər
1876 məcburi köçkün işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda məcb...
