Azərbaycanda bu şəxsləri işə götürməyən müdirlər məsuliyyət daşıyır

Azərbaycanda bu şəxsləri işə götürməyən müdirlər məsuliyyət daşıyır
Sosial 2281
Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib. BAKU.WS-in ƏƏSMN-ə istinadla verdiyi məlumata görə, onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib. Qanunda həmin insanların məşğulluğu üçün əlavə təminatlar da əksini tapıb. Bu təminatlardan biri də iş yerləri üzrə onlar üçün kvota müəyyən edilməsidir. Qanuna əsasən, kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən olunur. Məşğulluq mərkəzi tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.BAKU.WS

Oxşar xəbərlər

İşsizlərə ŞAD XƏBƏR – 5 günə işlə təmin edilə bilərlər

İşsizlərə ŞAD XƏBƏR – 5 günə işlə təmin edilə bilərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluq haqqında” yeni qanundakı dəyişikliklərlə bağlı açıqlama verib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə...

2534 İqtisadiyyat 15:41 29 avqust 2018

Son xəbərlər