Məscidlərdə bayram namazlarına icazə verilə bilər - AÇIQLAMA

Məscidlərdə bayram namazlarına icazə verilə bilər - AÇIQLAMA
Sosial 162

Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərtilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin.

BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Surxay Məmmədli deyib.

O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəlli olacaq:

“Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaqlar”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər