Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür

Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür
Sosial 260

“Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatat Bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib. Həmçinin, parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və his də ərazidəki ağaclara ziyan verir”.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Bu yaxınlarda dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatat Bağının ərazisi üçün hazırlanan unikal layihə əsasında əsaslı yenidənqurma işlərinin aparılmasına başlanılacaq.

Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyə uyğun burada sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq”, - qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər