Mənzil İstismar İdarələri bələdiyyələrin nəzdinə keçəcək

Mənzil İstismar İdarələri bələdiyyələrin nəzdinə keçəcək
Sosial 492
“Bələdiyyə fəaliyyətini qurmaq üçün maliyyəsi olmalıdır”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. A. Rəhimzadə deyib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi yığmaq hüququ var:“Ancaq çox az sayda insan mülkiyyətində olan mənzillə əlaqədar əmlak vergisi ödəyir. Bakıda yaşayan insanlar mənzil istismar idarələrinə lift və digər xidmətlər üçün pul verirlər. Ancaq bu, mənzil istismar idarələri tərəfindən yığılan puldur, bələdiyyələrə heç bir dəxli yoxdur. Hələlik mənzil istismar idarələri bələdiyyələrin nəzdində deyil. Bir müddətdən sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək.Bunun üçün qanunvericiliyə dəyişiklik olmalıdır, mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək. Hazırda bələdiyyələrin mənzil istismar idarələrini idarə etmək üçün tam imkanları yoxdur. Gərək bələdiyyələr təcrübə əldə etsin, əhali ilə bələdiyyələr arasında yüksək səviyyədə münasibətlər yaransın. Bundan sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək, bələdiyyələrə digər səlahiyyətlər də veriləcək”.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu deputatlar məsuliyyətə cəlb ediləcək

Bu deputatlar məsuliyyətə cəlb ediləcək

Mayın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.Oxu.Az xəbər verir ki, adıçəkilən komitənin sədri Arif Rəhimzadə gündəliyə “Azər...

716 Siyasət 21:22 24 may 2019

Son xəbərlər