Mənşəyi məlum olmayan toyuq əti satışının qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Tərtər rayonunun H.Əliyev prospektində “Tərtər Ticarət Mərkəzi” MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, “Gelly” markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub.
Quş ətlərinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...