Mənfi 20 dərəcədə qazsız qalan kənd sakinlərinin ŞİKAYƏTİ
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuzun Baş Daşağıl kəndinin sakinləri qaz problemindən şikayətçidirlər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, sakinlər uzun illərdir problemlərinin həll olunacağı ümidi ilə yaşasalar da, bu qışı da eyni çətinliklərlə keçirirlər.
"Burada ilin 6-7 ayı havalar həddindən artıq soyuq olur. Camaat artıq yaşaya bilmir. Odun qırmaq olmaz, qaz da yox, bu əhali burada necə yaşasın?!
Camaat köçüb gedib. Vaxtilə 3 500 sakini olan bu kənddə indi 500 nəfər qalmayıb. Kənddə temperatur mənfi 15-20 dərəcəyə düşür.
Mənfi 20 dərəcədə nə qədər odun yandırmalısan ki, heç olmasa, körpə uşaqları isidə biləsən?!", - deyə kənd sakini İkram Səmədov narazılığını dilə gətirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...