Məktəblərdə istilik və su ilə bağlı problemlər var - RƏSMİ

Məktəblərdə istilik və su ilə bağlı problemlər var - RƏSMİ
Sosial 63

“Ölkə üzrə az sayda məktəblərdə istilik və su ilə bağlı problemlər qalıb. Xüsusən də regionlardakı məktəblər bura daxildir".

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Nazirliyin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayım zamanı danışıb.

"Qismən məktəblər var idi ki, onların üzərində adiyyəti idarələr tərəfindən müvafiq işlər aparılır. Həftənin sonuna bu problemlər aradan qaldırılacaq”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər