Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start veriləcək.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) "mektebeqebul.edu.az" elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilərlər.
Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.
Oxşar xəbərlər
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Bu ildən etibarən məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu bütün respublika üzrə əhatə olunacaq. BAKU.WS “report”a istinadən xəbər verir ki, h...