Məktəbdə şagirdi elektrik cərəyanı vurub - TƏFƏRRÜAT/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda 1-ci sinif şagirdi Hüseyn Zeynalov dərsdən çıxıb evə gedərkən elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.
BAKU.WS xəbər verir ki, hadisə Cəlilabad rayonunun Ocaqlı kəndində, 1 saylı məktəbin həyətində baş verib.
Kənd sakinlərinin sözlərinə görə, məktəb rəhbərliyinin müraciətindən sonra dünən məktəbin həyətində istismar müddətini başa vurmuş elektrik dirəklərindən bir neçəsi yenilənib. İddialara görə, yüksək gərginlikli xətlərdəki qüsurlar tam aradan qaldırılmayıb. Nəticədə bədbəxt hadisə baş verib.
Cəlilabad Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanmış vəziyyətdə olan 10 kilovoltluq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...