Məktəb və məktəbəqədər müəssisələrində uşaqların kütləvi dispanserizasiyasına başlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının orta məktəb və məktəbəqədər müəssisələrində “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların kütləvi dispanserizasiyasına başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, 8 müxtəlif ixtisaslı həkim briqadasının apardığı müayinə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə aparılıb.
Həmçinin, bu gündən məktəblərdə profilaktiki flüoqrafiya müayinələrinə də start verilib.
Qeyd edək ki, bu humanist tədbir bir ay davam edəcək. Bundan Naxçıvan şəhərində yerləşən 21 məktəbdə təhsil alan 15 mindən çox şagird yararlanacaq.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...